İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, müxtəlif hündürlüklə qollar)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, müxtəlif hündürlüklə qollar) — 14, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 33 ölkənin 83 idmançısı qüvvəsini sınadı.
Yarışlarda təsnifat mərhələsi 14 iyun tarixində baş tutdu. Final isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 15.400 xal toplayan Rusiya idmançısı, Olimpiya və 3 qat dünya çempionu Aliya Mustafina, gümüş medalı 15.200 xal toplayan Almaniya idmançısı Sofie Şeder, bürünc medalı isə 12.800 xal toplayan Rumıniya idmançısı Andrea İridon qazandı.
Təsnifat mərhələsində 33 ölkənin 83 idmançısı mübarizə apardı. Yarışlar 14 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı.
Q — Finala vəsiqə qazandı
Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.